ABŞ-nin Azərbaycana göndərəcəyisəfir Senata təqdim olunub

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ dövlət katibi Marko Rubionun baş müşaviri Aleksandr Aldenin Azərbaycana səfir olaraq namizədliyi Senatda müzakirə olunur. Bu məsələ ABŞ-da gündəm yaradıb və senatorlar Aldenin namizədliyi ilə bağlı dinləmə keçirilməsi imkanlarını müzakirə edirlər.
Modern.az-ın məlumatına əsasən, Aleksandr Aldenin namizədliyi Donald Tramp tərəfindən irəli sürülüb. Onun səfir vəzifəsinə təyin edilməsi üçün Senatın təsdiqi tələb olunur. Hal-hazırda respublikaçılar, Trampın irəli sürdüyü namizədlərin təsdiq prosesi üçün təzyiqlə üzləşirlər.
Aleksandr Alden, indiyə qədər “GeoStrategy Initiative”də qeyri-rezident baş elmi işçi kimi fəaliyyət göstərir. O, eyni zamanda “Palantir Technologies” şirkətinin baş müşaviri olaraq müttəfiq hökumətlər və özəl sektor tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirir. Aldenin keçmiş işləri arasında ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyindəki yüksək vəzifələr də mövcuddur.
Alden, 2020-ci ildə ABŞ-nin Münaqişələrin Qarşısının Alınması və Sabitliyin Təşviqi Strategiyasına rəhbərlik edərək Dövlət Departamentində münaqişə və sabitləşdirmə əməliyyatları üzrə müvəqqəti köməkçi katib olub. O, ABŞ-Avropa İttifaqı münasibətlərinin gücləndirilməsi və Çinin regiondakı təsirinə qarşı əməkdaşlıq mexanizmlərinin yaradılmasında da rol oynamışdır.
Dövlət sektorundan kənarda Alden, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə analitik və rəhbər vəzifələrdə fəaliyyətini davam etdirib. O, American Affairs nəşrində milli təhlükəsizlik redaktoru olub, həmçinin strateji araşdırma və konsaltinq qurumlarında rəhbər vəzifələr tutub. Alden, Johns Hopkins Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi almışdır.