Sabiq məmurun oğlu və digərlərinin işi ilə bağlı yenidən kassasiya şikayəti verildi

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi Şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, "Konstra" MTK-nın təsisçisi və sədri Bəsrət Abbaslı ilə birgə ittiham olunan digər şəxslərin işi ilə bağlı yenidən kassasiya şikayəti verilib. Şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsi, MTK-nın direktoru Dilafir Rəsulov üçün 13 il 6 ay, əməkdaşı Tahir Əliyev üçün isə 13 il cəza hökmü çıxarıb. Bəsrət Abbaslı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, istintaq dövründə zamin olan Abbaslı məhkəmə zalında həbs olunub. Ancaq Bakı Apellyasiya Məhkəməsi B.Abbaslı barəsindəki hökmü ləğv edərək onun azadlığa buraxılmasına qərar verib.
Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayətinin qiymətləndirilməsi üçün cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə, B.Abbaslı isə yalnız 303.2-ci maddə ilə ittiham olunublar. Onlar müvafiq olaraq, zərərçəkmiş şəxslərdən pul alıb, lakin ev vermədikləri iddia edilir.
"Konstra MMC" şirkətinə münasibətdə uzun müddət narazılıqlar yaşandığı bildirilir. B.Abbaslı, atasının şirkətə heç bir qanuni bağlılığının olmadığını, sadəcə gənc olduğu üçün bəzi görüşlərdə atası ilə birlikdə olduğunu vurğulayıb.