Qaz limiti ilə bağlı şad xəbər - Sərfiyyat minimuma enəcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilir.
“Yeni Sabah” xəbər verir ki, bazardakı cari elanlara görə, elektrikli kombilərin satış qiymətləri onların gücündən, fazasından və brendindən asılı olaraq dəyişir. Müxtəlif ölçülü sahələr üçün nəzərdə tutulan sadə və işlənmiş modellərin qiymətləri 450–650 manat arasında dəyişir. Məsələn, Avropa brendlərindən olan "Thermona" modellərinin qiymətləri daha yüksəkdir. 7.5 kW gücə malik "Thermona THERM EL 8" modeli 1 430 manata, 15 kW gücündə olan "Thermona THERM EL 15" modeli 1 691 manata satılır.
Bundan əlavə, 22.5 kW gücündəki "Thermona THERM EL 23" modeli 1 848 manata, 30 kW gücünə malik "Thermona THERM EL 30" modeli isə 2 058 manata təklif olunur. 37.5 kW gücündəki "Thermona THERM EL 38" modeli 2 321 manata, ən güclü 45 kW-lıq "Thermona THERM EL 45" modeli isə 2 531 manata satışa çıxarılır. Standart 23 kW qaz kombilərinin qiymətinin ortalama 1 130 manat olduğu düşünüləndə, elektrikli kombilərin qiymətləri daha yüksəkdir.
Elektrikli kombilərin qaz kombilərindən fərqləndirən bir neçə mühüm üstünlük mövcuddur. İlk növbədə, bu cihazlarda qaz sızması və partlayış riski sumun sıfıra bərabərdir, bu da yüksək təhlükəsizlik deməkdir. Eyni zamanda, xarici divara baca çıxarmaq məcburiyyəti olmadığı üçün elektrikli kombiləri evin istənilən guşəsində montaj etmək mümkündür. Onlar tamamilə səssiz çalışaraq, elektrik enerjisini istilik enerjisinə çevirməkdə yüksək faydalı iş əmsalına malikdirlər.
Həmçinin, təbii qaz hazırda daha ucuz yanacaq növü sayılsa da, elektrikli kombilərin müəyyən iqtisadi üstünlükləri də var. Qaz kombilərinin montajı qədim prosedurları və xərcləri tələb edir, elektrikli modellərdə isə bu cür xərclər yoxdur. Nəticədə, elektrikli kombilər, qaz xətti olmayan ərazilərdə ən rahat və təhlükəsiz alternativ olaraq qəbul olunur.