Ezonn Xəbər

Gələn il müdafiə xərclərinə nə qədər vəsait ayrılacaq?

Gələn il müdafiə xərclərinə nə qədər vəsait ayrılacaq?
Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir. 2027-ci ildə Azərbaycan dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üçün nəzərdə tutulan vəsait 8 milyard 816 milyon 400 min manat olacaq. Bu məbləğin 3 milyard 438 milyon 600 min manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılmasına yönəldiləcək. Naxçıvan Xəbərləri saytının məlumatına görə, bu vəsaitin təxminən 2026-cı illə müqayisədə 102,3 milyon manat (3,1%) artacağı gözlənilir. Eyni zamanda, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə artım 518,3 milyon manat (17,7%) təşkil edəcək. Gələn il büdcədən 20 il və daha çox xidmət etmiş işləyən, ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclər üçün əlavə 15 milyon manat ayrılması planlaşdırılır. Bununla yanaşı, kirayəyə götürülmüş yaşayış sahəsinə görə ödənişlər üçün 14,7 milyon manat vəsait ayrılacaq. Dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanları və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərclərinin 443,7 milyon manat olacağı proqnozlaşdırılır. Bu məbləğin 20,6 milyon manatı (4,6%) müdafiə və milli təhlükəsizlik xərclərinə, 423,1 milyon manatı (95,4%) isə məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə sərf ediləcək.