Turizmin mərkəzi olan Antalya COP31-ə ev sahibliyi edir

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin turizm paytaxtı Antalya şəhərində təşkil ediləcək. Bu, iqlim problemlərinə qarşı beynəlxalq tədbirlərin müzakirə olunduğu dünyanın ən iri platformasıdır.
Ötən il Braziliyada keçirilmiş COP30-da əldə edilən diplomatik uğurlar sayəsində Türkiyə COP31-ə ev sahibliyi etmək mandatını qazanıb. Bu nüfuzlu konfransın burada keçirilməsi, Türkiyənin beynəlxalq mənzərədəki mövqeyini gücləndirərkən, eyni zamanda, bərpa olunan enerji və dövri iqtisadiyyat sahəsindəki öhdəliklərini artırır.
COP31-in başlıca məqsədi, iqlimlə bağlı əvvəllər verilmiş vədləri konkret addımlara çevirməkdir. Sammit çərçivəsində 200-dən çox ölkədən dövlət nümayəndələri, siyasətçilər, biznes liderləri və tədqiqatçılar bir araya gələcək. İştirakçılar, iqlim böhranı ilə bağlı mövcud siyasətləri nəzərdən keçirəcək və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Tədbirin hər günü xüsusi tematik istiqamətlərə həsr olunacaq. “Enerji təhlükəsizliyi” və “Kənd təsərrüfatı” mövzuları müzakirələrin mərkəzində olacaq. Ayrıca, noyabrın 11–12-də keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti, siyasi iradəni gücləndirmək məqsədini güdür. Bu sammitin ilk günü “Sıfır Tullantı”, ikinci günü isə “Dayanıqlı Şəhərlər” mövzusuna həsr olunacaq.
COP31 çərçivəsində Türkiyə, dayanıqlı turizm sahəsində həyata keçirdiyi mühüm layihələri təqdim edəcək. Noyabrın 18-də “Turizmdə iqlim həlləri” mövzusunda keçiriləcək sessiyalarda, dayanıqlı turizm modelinin təqdimatı və müxtəlif sektorlardan iştirakçılarla müzakirələr aparılacaq.