Babək prospektində avtomobil körpüdən aşdı

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün paytaxtın Nizami rayonu ərazisində ağır bir yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Babək prospekti üzərindəki körpüdə baş verib, burada "BMW" markalı avtomobil idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılıb. Nəticədə, avtomobil hündürlükdən köməkçi yola aşıb.
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici xidmətinin əməkdaşları cəlb edilib. Ancaq qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Mərkəz tərəfindən yayılan məlumata görə, qəza bu gün səhər saatlarında, Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində baş verib. Minik avtomobillərindən biri körpü üzərindən köməkçi yola aşıb.
Hadisənin təsiri ilə Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hal-hazırda polis, yaranan sıxlığın azalması və nəqliyyatın rahat hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görməkdədir.