Energetika naziri COP31 çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Energetika naziri Pərviz Şahbazov, Antalyada baş tutan COP31 çərçivəsində Bolqarıstanın energetika naziri İva Petrova ilə görüş keçirib. Görüşdə təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizinin inkişaf perspektivləri müzakirə edilib.
Müzakirələr zamanı, həmin dəhliz üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanması məsələlərinə toxunulub. Nazirlər, yeni bərpa olunan enerji güclərinin inkişafının və Azərbaycanda istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan yaradacağına dair fikir mübadiləsi aparıblar. Eyni zamanda, Avropa şirkətlərinin layihələrə cəlb edilməsi, maliyyələşdirmə və texnoloji əməkdaşlıq imkanları da müzakirə edilib.
Fatih Birol ilə keçirilən görüşdə isə, COP29-da enerji təşəbbüslərinin hazırlanmasında IEA-nın rolunun yüksək qiymətləndirildiyi vurğulanıb. Gələcək əməkdaşlıq imkanları, elektrikləşmənin enerji keçidindəki rolu və bu istiqamətdəki prioritetlər müzakirə olunub. Eyni zamanda, enerji təhlükəsizliyinin təmin olunmasında təbii qazın müstəsna əhəmiyyəti qeyd edilib.
Son olaraq, Azərbaycanın elektrikləşmə gündəliyi üzrə IEA ilə dialoqun və texniki əməkdaşlığın davam etdirilməsi məsələləri nəzərdən keçirilib.