Ezonn Xəbər

Babək prospektində ağır yol-nəqliyyat hadisəsi

Babək prospektində ağır yol-nəqliyyat hadisəsi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən Babək prospekti üzərində ciddi bir yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı “BMW” markalı avtomobil idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılıb və hündürlükdən köməkçi yola düşüb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, qəza Məhəmməd Hadi küçəsinin kəsişməsində baş verib. Hadisə yerində polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Qəzanın nəticələri ilə bağlı hələlik hər hansı xəsarət alanlarla bağlı məlumat yoxdur. Lakin, hadisənin baş verməsi nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı meydana gəlib. Hazırda polis əməkdaşları yolların tıxanmasını aradan qaldırmaq və nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görür. Hadisənın araşdırılması davam edir.