Energetika naziri COP31 çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Energetika naziri Pərviz Şahbazov, Antalyada keçirilən COP31 çərçivəsində Bolqarıstanın energetika naziri İva Petrova və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə bir sıra ikitərəfli görüşlər baş tutub. Görüşlərdə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə təbii qaz sahəsində birgə fəaliyyətlərin inkişafına yönəlik məsələlər müzakirə olunub.
Görüşlərdə Bolqarıstanla əməkdaşlıq çərçivəsində "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" Yaşıl Enerji Dəhlizinin inkişafı əsas müzakirə mövzusu olub. İki ölkənin enerji nazirləri arasında keçirilən müzakirələrdə, yeni bərpa olunan enerji güclərinin inkişafı, eləcə də bu dəhliz üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanması məsələləri qabardılıb.
Nazir Pərviz Şahbazov, görüşdə bu layihənin ölkəmizdə istehsal olunan elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan yaradacağını vurğulayıb. Eyni zamanda, Avropa şirkətlərinin layihələrdə iştirak imkanları, maliyyələşdirmə və texnoloji əməkdaşlıq məsələləri barədə fikirlər mübadilə edilib.
Fatih Birol ilə aparılan görüşdə isə COP29-da həyata keçirilmiş enerji təşəbbüslərinə IEA-nın dəstəyinin əhəmiyyəti qeyd olunub. Görüş zamanı elektrikləşmənin enerji keçidindəki rolu, bu sahədə Azərbaycanla IEA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib və enerji təhlükəsizliyinin təmin olunmasında təbii qazın rolu vurğulanıb. Eyni zamanda, yaşıl enerji dəhlizlərinin elektrikləşməni artıracaq imkanlara toxunulub.