Ezonn Xəbər

Süni intellektdən məsləhət alan 60 yaşlı kişi evsiz qaldı

Süni intellektdən məsləhət alan 60 yaşlı kişi evsiz qaldı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın Kaliforniya ştatının Santa-Kruz şəhərində yaşayan 60 yaşlı Danimarka vətəndaşı Klaus Elmfelt Aerenlund, süni intellektdən aldığı hüquqi məsləhət ətrafında baş verənlər nəticəsində evsiz qalıb. O, kirayə haqqını ödəməyi dayandırdıktan sonra ev sahibinin onu evdən çıxarma prosesi ilə üzləşib. Aerenlund, hüquqi məsələlərini öyrənmək üçün vəkilə müraciət etməkdənsə, süni intellekt tətbiqinə üz tutub. Tətbiqin onun kirayə haqqını ödəməyi dayandırmasına icazə verdiyini iddia edən Aerenlund ödənişləri dayandırıb. Lakin ev sahibi ona qarşı hüquqi prosesə başladıqdan sonra, Aerenlund gözlədiyi nəticəni əldə edə bilməyib. Mənzilini itirdikdən sonra həyatı çətinləşən Aerenlund, iki iti ilə birlikdə avtomobilində qalmağa başlayıb. O, süni intellektin yalnız ümumi məlumat vermədiyini, icrası mümkün olan hüquqi addımlar atmağa yönəltdiyini qeyd edərək, tətbiqi hazırlayan şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Bu hadisə süni intellektin hüquqi məsləhətlərinin etibarlılığı və yanlış məlumatların istifadəçilərə verə biləcəyi zərər məsələsini yenidən ön plana çıxarıb. Aerenlundun yaşadığı çətinliklər, müasir texnologiyanın hüquqi sahədə istifadəsinin risklərini ortaya qoyur.