Komitə sədri: Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin Hüquq siyasəti, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında komitə sədri Arzu Nağıyev təhlükəsizlik anlayışının müasir dövrdə daha geniş çərçivəyə yayılması lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir.
Arzu Nağıyev bildirib ki, müasir dövrdə təhlükəsizlik yalnız ənənəvi hərbi güclə ölçülmür. O, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsini milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qeyd edib. Gələcək illərdə bu istiqamətlərin büdcə vəsaitlərinin planlaşdırılması zamanı nəzərə alınmasının vacib olduğunu vurğulayıb.
Mütəxəssis, həmçinin geosiyasi proseslərin sürətlə dəyişdiyi və regionda təhlükəsizlik çağırışlarının davam etdiyi bir şəraitdə güclü dövlət və ordunun mövcudiyyətinin vacib olduğunu qeyd edib. O, dövlətin təhlükəsizlik siyasətinin yalnız silahlı qüvvələrlə limitlənmədiyini, milli təhlükəsizlik, sərhədlərin qorunması və xüsusi müdafiə layihələri kimi strateji tədbirlərin də daxil edildiyini bildirib.