Ezonn Xəbər

Antalya COP31 Azərbaycan pavilyonundan VİDEOREPORTAJ

Antalya COP31 Azərbaycan pavilyonundan VİDEOREPORTAJ
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Türkiyənin Antalya şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası davam edir. Bu konfrans çərçivəsində Azərbaycanın milli pavilyonu açılıb, burada ölkəmizin ekoloji təşəbbüsləri təqdim olunur. “Manset.az” xəbər portalı konfransı işıqlandırmaq üçün yerində reportajlar hazırlayır. Portalın baş redaktoru Əli Vəliyev tərəfindən Azərbaycanın pavilyonu ilə bağlı xüsusi material hazırlanıb. Pavilyon, Heydər Əliyev Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Dialoq Dəhlizi” konsepsiyası əsasında fəaliyyəti həyata keçirir. 244 kvadratmetr sahəni əhatə edən bu məkanda Azərbaycanın yaşıl enerji layihələri, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji potensialı, eləcə də Xəzər dənizinin ekoloji vəziyyəti haqqında məlumatlar təqdim olunur. Pavilyonun özəl xüsusiyyətlərindən biri Xəzər suitisinin ilk dəfə rəsmi maskot kimi təqdim edilməsidir. Konfransın iki həftəsi ərzində burada 40-dan çox tədbir, panel müzakirəsi və ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Müzakirələrin əsas mövzuları arasında yaşıl enerji əməkdaşlığı, təmiz hidrogen, enerji keçidi və iqlim layihələrinə investisiyaların təşviqi yer alır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Anar Ələkbərov da pavilyonu ziyarət edərək stendlərlə tanış olub.