Astarada mikroavtobus aşıb: Çoxlu yaralı var - YENİLƏNİB

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət almışdır. Hadisə 11 noyabr tarixində, saat 10:20 radələrində baş verib. Xəsarət alanların üçü kişi, biri isə qadındır. Xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olublar.
TƏBİB-in verdiyi məlumata görə, xəsarət alanların bədəninin müxtəlif nahiyələrində travmalar və sınıqlar aşkar edilib. Müalicə prosesi iki nəfərin Cərrahiyyə şöbəsində, digərlərinin isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Hadisə Kijəbə-Deqədi kənd yolunda baş vermişdir. "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək aşıb. Qəza nəticəsində 10-dan çox sərnişin xəsarət almışdır. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına göndərilmişdir.
Sərnişinlərin sayı marşrutda 20-dən artıqdır. Hadisənin səbəbləri araşdırılır.