SON DƏQİQƏ: Qırmızı Bazarda mina partladı

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Qırmızı Bazar qəsəbəsi ərazisində mina partlayışı baş verib. Hadisə zamanı 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu ağır xəsarətlər alıb.
Məlumata görə, İsmayılov traktorla çöllük ərazidə hərəkət edərkən partlayış baş verib. Partlayış nəticəsində onun bir ayağı və bir qolu ağır zədələnib. Hadisənin baş vermə səbəbləri hələ araşdırılır.
Yaralı dərhal tibbi xidmətə çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilir. İsmayılovun ailəsi, dostları və qəsəbə sakinləri yaralının tezliklə sağalmasını arzu edirlər.