Ezonn Xəbər

Bu ərazilərdə qaz və işıq limitləri ləğv oluna bilər

Bu ərazilərdə qaz və işıq limitləri ləğv oluna bilər
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc, dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələnin kommunal tariflər olduğunu vurğulayıb. O, bu fikirləri Parlamentin bir neçə komitəsinin iclasında bildirib. Oruc, Bakı və Abşeronun hava şəraitinin Gədəbəy, Daşkəsən, Lərik, Şahbuz və Qusarın dağ kəndlərindən köklü şəkildə fərqləndiyini qeyd edib. Zahid Oruc, bəzi yaşayış məntəqələrində ailələrin yeddi-səkkiz ay müddətində evlərini qızdırmalı olduğunu ifadə edərək, eyni istehlak tarifləri və limitlərin müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiq edilməsinin zərərli olduğunu bildirib. Bu cür yanaşmanın ağır nəticələr ortaya çıxardığını qeyd edən komitə sədri, qaz və elektrik təchizatında aylıq sabit ödənişlərin mövcud olduğunu da xatırladıb. O, sərt iqlim şəraitində yaşayan dağ və sərhəd kəndlərində istehlak limitlərinin ləğv olunmasının, həmçinin ödənişlərdə güzəştli tariflərin tətbiqinin zəruriliyini irəl sürdü. Oruc, eyni zamanda, həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün əlavə ödəniş əmsallarının müəyyənləşdirilməsini də təklif edib.