Ezonn Xəbər

Astarada mikroavtobus aşıb, 16 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Astarada mikroavtobus aşıb, 16 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu gün, saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol qəzası baş verib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Telman Xudaquliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusun təkəri partlayaraq idarəetmədən çıxıb. Hadisə nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Astarada 16 nəfərin xəsarət aldığı bildirilib, onlardan 4 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə qəbul edilib. Digər 12 nəfərə isə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, daha sonra ambulator müalicə üçün evə buraxılıblar. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Yol polisi hadisə ilə bağlı araşdırma aparır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə də sərnişin və yükdaşıma fəaliyyəti göstərənlərə, nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə çağırıb. Həmçinin, reysqabağı texniki müayinədən keçməyən avtomobillə yola çıxmağın təhlükəli olduğu vurğulanıb. İlkin məlumatlara görə, marşrutda 20-ə yaxın sərnişin olub, bu hadisə Astarada son dövrlərdə baş verən ağır yol-nəqliyyat hadisələrinin bir daha baş verdiyini göstərir.