Ezonn Xəbər

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesi davam edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklara növbəti limitlərin ayrıldığını elan edib. Fonddan verilən məlumata görə, müraciətlərin qəbuluna 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən başlanılacaq. Vətəndaşların elektron kabinetlərini 12 noyabr 2026-cı il tarixinədək formalaşdırması tövsiyə edilir. İpoteka müraciətləri Mygov portalında, "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsi ilə qəbul ediləcək. Müraciətlər "SİMA İmza" biometrik identifikasiya funksiyası ilə təsdiqlənə bilər. Eyni zamanda, sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək. Müraciətə dair dəqiq təlimatlarla Fondun rəsmi internet səhifəsində tanış olmaq mümkündür. Həmçinin, Mygov portalının müvafiq bölməsində də əlavə məlumatlar təqdim olunacaq.