Ezonn Xəbər

Selahattin və Lara Paşalı boşanmaq qərarı veriblər

Selahattin və Lara Paşalı boşanmaq qərarı veriblər
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Türkiyəli tanınmış aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalı boşanma qərarı verdiklərini açıqlayıblar. Bu barədə məlumat “KLASS Magazin” jurnalı tərəfindən yayımlanıb, lakin məsələnin detalları hələ ki, açıqlanmamışdır. Hər iki tərəf, hələlik boşanma xəbərlərinə münasibət bildirməyib. Eyni zamanda, bu ilin aprel ayında cütlüyün boşanması ilə bağlı iddialar ortaya çıxmışdı. O zaman Selahattin və Lara mətbuata birgə açıqlama verərək evliliklərinin çətin bir dövr yaşadığını, lakin vəziyyəti düzəltmək üzrə çalışdıqlarını bildirmişdilər. Selahattin Paşalı və Lara Paşalı 2022-ci ilin 16 aprelində nikah masasına oturublar. Evliliklərindən sonra, 2022-ci ilin iyul ayında onların qızları Leyla Pera dünyaya gəlib. Boşanma prosesi ilə bağlı daha ətraflı məlumatların yaxın zamanda açıqlanacağı gözlənilir.