"Bələdiyyələrin borclarını silmək mümkün deyil" - Nazirdən deputata cavab

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin 4 komitəsinin iclasında deputat Siyavuş Novruzovun maliyyə naziri Sahil Babayevə müraciəti ilə bələdiyyələrin borclarının silinməsi məsələsi gündəmə gəlib. Nazirin verdiyi cavabda bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının silinməsinin mümkün olmadığını vurğulayıb.
Sahil Babayev, sosial sığorta vəsaitlərinin vətəndaşların haqqı olduğunu qeyd edərək, onların bir tərəfli qaydada silinməsinin qanunla mümkün olmadığını bildirib. Nazir, "Sosial sığorta vəsaitləri dövlətin və ya işəgötürənin deyil, vətəndaşların vəsaitidir" ifadəsini istifadə edib.
Nazir, 2019-cu ildən etibarən sosial sığorta haqlarının yığılmasının Vergi Xidməti tərəfindən həyata keçirildiyini, bələdiyyələrə həmin borcların ödənməsi üçün tələblər qoyulduğunu açıqlayıb. O, qeyd edib ki, bu vəsaitlərin ödənməməsi bələdiyyələrdə işləyən işçilərin gələcək pensiyalarını və sosial sığorta haqlarını təsir edə bilər.
Bundan əlavə, nazir borcların yaranma səbəblərinə də diqqət çəkib. O, həmin borcların birbaşa qanun pozuntusu nəticəsində meydana gəldiyini bildirib və əmək haqqı ödənildiyi halda sosial sığorta haqlarının niyə ödənilmədiyini sual edib.