Ezonn Xəbər

FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib

FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II “Heyva Festivalı”nda iştirak etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən festivalda yerli məhsullar, meyvəçilik ənənələri və milli-mədəni irs nümayiş olunub. Festival çərçivəsində FINCA Azerbaijan-ın stendi ziyarətçilər tərəfindən maraqla qarşılanmış və onlara təşkilatın kredit məhsulları ilə bağlı ətraflı məlumat təqdim olunmuşdur. Eyni zamanda, FINCA əməkdaşları ziyarətçilərə məhsul şərtləri və müraciət qaydaları haqqında suallarını cavablandırmışlar. Tədbir iştirakçıları üçün səmimi ünsiyyət məkanı yaradan festival zamanı FINCA müştəriləri ilə görüşlər təşkil edilmişdir. Bu gözəl fürsət, müştərilərin ehtiyaclarını daha yaxından öyrənməklə yanaşı, fikir mübadiləsi aparma imkanı da təqdim etmişdir. FINCA Azerbaijan belə tədbirlərin yerli istehsalçıları, fermerləri və sahibkarları bir araya gətirməsini yüksək qiymətləndirir. Təşkilatın nümayəndələri, belə festivalların yerli məhsulların tanıdılması və regionların iqtisadi potensialının ortaya çıxarılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulamışlar. FINCA Azərbaycan, 1998-ci ildən etibarən ölkədə mikromaliyyə xidmətləri təqdim edən aparıcı kredit təşkilatıdır. Daha ətraflı məlumat üçün www.finca.az saytına və ya *2525 qaynar xəttinə müraciət etmək mümkündür.