"Uzak Şehir" serialında "Sadakat" obrazı ilə gündəmda – Şok foto

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Son vaxtlar reytinqlərində nəzərəçarpan artım müşahidə olunan "Uzak Şehir" serialı, həm süjet xətti, həm də aktyor heyəti ilə izləyicilərin diqqətini cəlb edir. Bu serialda "Sadakat" obrazını canlandıran aktrisa Qonca Cilasun, sosial media paylaşımlarında cəsur fotosu ilə gündəmə gəlib.
Qonca Cilasunun paylaşdığı fotolar, izləyiciləri heyrətləndirərək, qısa müddətdə çoxlu bəyənmə və şərh toplayıb. Aktrisa, serialda nüfuzlu ailə başçısını canlandıraraq, müxtəlif emosiyaları ustalıqla əks etdirir. Onun cəsarətli görünüşü, serialın fanatları arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Qonca Cilasun 1966-cı ildə İstanbulda doğulub. O, Ankara Universitetinin Dil, Tarix-Coğrafiya Fakültəsini bitirmişdir və 2010-cu illərdə aktyorluq karyerasına başlayıb. Həmçinin, əvvəlki illərdə telekanallardan birində xəbər aparıcısı kimi fəaliyyət göstərmişdir.