Ezonn Xəbər

Azərbaycanda kiberhücum indikatorlarının paylaşılması 3 dəfə artıb

Azərbaycanda kiberhücum indikatorlarının paylaşılması 3 dəfə artıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda bu ilin yanvar-oktyabr dövründə Kibertəhdid və İnsidentlərin Mübadiləsi Platforması (MISP) vasitəsilə 7 min 521 kiberhücum indikatoru (Indicator of Compromise - IOC) paylaşılıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə daha çoxdur. Xüsusilə, yalnız oktyabr ayında MISP platformasında 1 min 19 IOC paylaşımı həyata keçirilib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə dörd dəfə artım deməkdir. Bu göstəricilərin artması, kiber təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlərin effektivliyini nümayiş etdirir. Cari il ərzində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) 39 kiber insident üzrə təhqiqat aparıb. Bu insidentlərin 36%-i zərərli proqram təminatı ilə, 26%-i fişinq ilə, 15%-i isə boşluqların istismarı ilə bağlıdır. Eyni zamanda, 13%-i "Business E-mail Compromise", 5%-i DDoS, 3%-i "Defacement", 2%-i isə "Ransomware" hadisələrinə aiddir. Hesabat dövründə ölkələrə görə insidentlərin qeyd olunduğu IP ünvanlarının sayı 7 min 177-yə çatıb. Bu ünvanların 3 146-ı ABŞ, 840-ı Çin, 664-ü Böyük Britaniya, 605-i Rusiya, 568-i Almaniya, 563-ü Niderland, 235-i Hindistan, 205-i Fransa, 190-ı Honq Konq, 161-i isə Sinqapur tərəfindən qeyd olunub. Qeyd edək ki, MKA-nın daxili resursları müstəvisində fəaliyyət göstərən Kibertəhdid və İnsidentlərin Mübadiləsi Platforması (MISP) təşkilatlar tərəfindən qeydə alınmış insidentlərin paylaşılmasını təmin edir. Bu platforma vasitəsilə kiber təhlükələrə dair göstəricilər, zəifliklər və hücum metodları mübadilə edilir ki, bu da təhdidlərin aşkar olunması və qarşısının alınması prosesini sürətləndirir.