Ezonn Xəbər

DYP adından saxta cərimə mesajları göndərilir

DYP adından saxta cərimə mesajları göndərilir
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Dövlət Yol Polisinin (DYP) adından vətəndaşlara göndərilən saxta mesajlar kiberdələduzların fəaliyyətini ortaya qoyur. Bu SMS-lərdə bank kartı məlumatlarının ələ keçirilməsinə cəhd edildiyi bildirilir. Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən yayılan məlumata əsasən, son dövrlərdə bu cür fişinq hücumlarının sayında artım müşahidə edilir. Dələduzlar xarici nömrələrdən sürət həddinin aşılması barədə saxta SMS-lər göndərərək istifadəçiləri aldatmağa çalışırlar. Mesajlarda verilən keçidlər, “ASAN Pay” elektron ödəniş portalının görünüşünü təqlid edən saxta səhifələrə yönləndirir. İstifadəçilərdən ilk növbədə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını daxil etmələri tələb olunur. Sonrasında isə qeyri-dəqiq məlumatlarla cərimə ödənişi adı altında bank kartı məlumatları istənilir. MKA vətəndaşları bu məlumatların təqdim edilməsinin bank hesablarındaki vəsaitlərin oğurlanmasına səbəb ola biləcəyini xəbərdar edib. Hökumət qurumları ödəniş və cərimə bildirişlərini yalnız rəsmi nömrələrdən göndərir. Vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, saytların domen adlarını yoxlamağı və bank məlumatlarını yalnız etibarlı səhifələrdə təqdim etməyi tövsiyə edilir. Belə hallarda, banklarla əlaqə saxlayaraq kartları bloklamaq və hüquq-mühafizə orqanlarına məlumat vermək məsləhət görülür.