Milli Kibertəhlükəsizlik Agentliyindən Fişinq Xəbardarlığı

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə "Azparking" xidmətinin adından istifadə edərək vətəndaşlara qarşı yeni fişinq hücumları həyata keçirilməkdədir. Bu barədə məlumatı Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) yayıb.
Agentliyin açıqlamasına görə, kiberdələduzlar xarici telefon nömrələrindən istifadə edərək istifadəçilərə saxta mesajlar göndərirlər. Mesajların başlığı "AZParking – Ödənilməmiş parkinq haqqı barədə bildiriş"dir. Bu mesajlarda balansın az olması və ya avtomatik ödənişin uğursuzluğu səbəbi ilə saxta parkinq tarixi və borc məbləği (məsələn, 0.70 AZN) təqdim edilir.
Aldanmaq üçün mesaj daxilində "rəsmi veb-sayt" adı altında saxta keçidlər yerləşdirilir. Bu keçidə daxil olan istifadəçilər "Azparking" platformasının tam təqlid olunmuş səhifəsi ilə qarşılaşır. Səhifədə onlardan dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və bank kartı məlumatları tələb olunur. Beləliklə, vətəndaşların bank kartı məlumatları ələ keçirilərək pul vəsaitləri mənimsənilir.
MKA, vətəndaşları bu cür hallara qarşı ehtiyatlı olmağa çağırır. İstifadəçilərə tövsiyə olunur ki, rəsmi bildirişlər yalnız tanınmış və yerli telefon nömrələrindən göndərilməlidir. Eyni zamanda şübhəli domen adları olan linklərə daxil olmamağı, "Azparking" və dövlət ödəniş sistemlərinin rəsmi domen adını dəqiqləşdirməyi də vurğulayır.
Əgər istifadəçilər artıq bank məlumatlarını saxta səhifəyə qeyd ediblərsə, dərhal bankla əlaqə saxlayaraq kartı bloklamağı, eyni zamanda hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyə edilirlər.