Ezonn Xəbər

Abu-Dabi görüşü tərəflərin sadəcə nəbz yoxlamasıdır

Abu-Dabi görüşü tərəflərin sadəcə nəbz yoxlamasıdır
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Abu-Dabidə Ukrayna və Rusiya rəsmilərinin görüşü baş tutub. Danışıqların gedişatı və mümkün nəticələri ilə bağlı politoloq Samir Hümbətov qiymətləndirmələrini "Yeni Çağ" saytına açıqlayıb. Politoloq bildirir ki, bu görüş tərəfləri sülhə apara biləcək dərəcədə əhəmiyyətli deyil. Onun fikrincə, burada yalnız bəzi kosmetik dəyişikliklərin müzakirə olunması gözlənilir. Hümbətovun sözlərinə görə, görüşdə müzakirə olunan məsələlərin əksəriyyəti ölkələrin arasında real irəliləyiş yaratmayacaq. Hümbətov əlavə edib ki, görüş səmərəli olmayacaq: “Rusiyanın özü də bu görüşdən tam razı deyil, nəinki Ukrayna. Tərəflərin müzakirə etdiyi bəzi məsələlər geri qaytarılacaq ərazilərlə bağlıdır, amma tam şəkildə Ukraynaya ötürülməsi mümkün görünmür.” Görüşdə atəşkəs imzalanması mümkündür, amma sülh müqaviləsinin imzalanması real görünmür. Politoloq, Abu-Dabi görüşlərinin bitməsindən sonra tərəflər arasında atılacaq addımların daha aydın görünəcəyini vurğulayıb.