Serenay Sarıkaya və Mert Demir ayrılıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya ilə müğənni Mert Demir arasında münasibətlərin bitməsi xəbəri gündəmə gəlib. Bu barədə məlumatı türkiyəli jurnalist Akif Yaman yayıb.
Məlumatda qeyd edilir ki, cütlük daha əvvəl dəfələrlə ayrılıq xəbərləri ilə diqqət çəkmişdi, amma bu dəfə yollarını ayrılmaq qərarına gəliblər. Ayrılığın səbəbinin nə olduğu hələ açıqlanmayıb, amma münasibətlərin dostcasına sona çatdığı bildirilib.
Cütlük 2023-cü ilin sonlarında sevgili olmağa başlamışdı. Hələlik ikilinin ayrılığı ilə bağlı rəsmi bir açıqlama verilməyib, ancak bu xəbərin müzakirələri davam edir.
Serenay Sarıkaya və Mert Demir arasında baş verən bu ayrılıq, sosial mediada da geniş müzakirələrə səbəb olub. İkili, əvvəllər də bir neçə dəfə ayrılıq xəbərləri ilə gündəmə gəlsə də, münasibətlərini davam etdirmişdi.