9 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda müntəzəm avtobus marşrutlarının təkmilləşdirilməsi məqsədilə 29 istiqamət üzrə müsabiqə elan edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Müsabiqə çərçivəsində Bakının 9, 41, 45, 93, 96 nömrəli şəhərdaxili marşrutlarından tutmuş, 213, 539, 557 nömrəli şəhərətrafı marşrutlar və Bakı ilə digər şəhərlər arasında fəaliyyət göstərəcək xəttlər də daxil olmaqla bir sıra marşrutlar iştirak edəcək. Həmçinin, Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir və digər marşrutlar da müsabiqəyə çıxarılıb.
Sənədlərin təqdim edilməsi üçün son tarix dekabrın 10-u, saat 17:00-dır. Sənədlər AYNA-nın Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5 ünvanında qəbul ediləcək. İddiaçılar əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim etməlidir.
Marşrutların seçim prosesi bir neçə mərhələdə aparılacaq. İlkin mərhələdə Bakı ilə birbaşa əlaqə quran marşrutların təqdimatı dekabrın 11-də, şəhərətrafı marşrutlar isə dekabrın 15-də həyata keçiriləcək. Bakı şəhərdaxili marşrutların təhlili isə dekabrın 18, 22 və 25 tarixlərində baş tutacaq.