Ezonn Xəbər

Sabiq nazirin mənzili 7-ci dəfə hərraca çıxarılır

Sabiq nazirin mənzili 7-ci dəfə hərraca çıxarılır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunmuş mənzili 7-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılır. Hərrac 3 dekabr tarixində Əmlak Xidmətləri Məkanında baş tutacaq. Mənzil, Akademik Ziya Bünyadov prospektində yerləşir və 61,1 kvadratmetr sahəsi vardır. Sonuncu hərracda mənzilin qiymətində heç bir dəyişiklik edilməyəcək və 175 min manata təqdim olunacaq. Əvvəlki hətıraclar da uğursuz keçdi, belə ki, mənzil avqustun 18-də 6-cı dəfə satışa çıxarılmış, lakin satılmamışdı. Səlim Müslümova daha əvvəl məxsus olan digər bir mənzil isə Mirzə İbrahimov küçəsində yerləşirdi. Bu mənzil 370,4 kvadratmetr sahəyə malikdir və 5-ci dəfə 50 faiz endirimlə, yəni 463 min 125 manata satılmışdır. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma ittihamları ilə üzləşmişdir. Sabiq nazir 13 ay müddətinə həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.