Bakıda 21 milyona əmlak satılır

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bakının Səbail rayonunda, Xəqani küçəsi 87 ünvanında yerləşən, 8 014,6 kvadratmetr sahəyə malik qeyri-yaşayış sahəsi elektron hərracda satışa çıxarılır. Hərrac 26 noyabr 2026-cı il tarixində saat 14:30-da başlanacaq.
Sahənin ilkin bazar dəyəri 25 milyon 311,1 min manat müəyyən edilib. Hərracda minimum satış qiyməti isə bazar dəyərinin 85%-i, yəni 21 milyon 514,4 min manat olaraq təyin edilib. Bu, əmlakın ilkin qiymətləndirməsindən təxminən 3,8 milyon manat aşağıdır.
Qeyri-yaşayış sahəsi orta təmirli olmaqla 64 otaqdan ibarətdir. Torpaq sahəsi 0,5961 hektar təşkil edir. Əmlaka dair hüquqmüəyyənedici sənəd çıxarışdır, eyni zamanda, qeyri-yaşayış sahəsinin bir hissəsinin hazırda istifadədə olduğu qeyd edilir.
Hərracda iştirak etmək üçün 30 min manat beh və 15 manat iştirak haqqı tələb olunur. Elektron hərrac 7 təqvim günü davam edəcək, qalib iştirakçı isə əmlakın satış qiymətini 7 iş günü ərzində ödəməlidir.