Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev bir müddət əvvəl ortaya çıxan sağlamlıq problemləri nəticəsində süni tənəffüs aparatına qoşulub. Onun səhhətində hələ ki, müsbət irəliləyiş yoxdur, vəziyyəti isə kritik stabil olaraq qiymətləndirilir.
Ehtiram Əliyev hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır. Lakin son günlər onun vəziyyətində tədricən pisləşmələr qeyd edilir. Qanda oksigen saturasiyası 80 faizə qədər enib ki, bu da ciddi narahatlıqlara səbəb olub.
Analizlər aparılmasına baxmayaraq, Milli Qəhrəmanın dəqiq diaqnozu hələ təsdiqlənməyib. Oktyabrın 18-də “Yeni Klinika”nın Reanimasiya şöbəsinə yerləşdirilən Əliyevə xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulub.
Vəziyyətinin daha da pisləşməsi, kəskin çəki itirmək və davamlı qanaxma səbəbindən noyabrın əvvəlində müalicəsi üçün Milli Onkologiya Mərkəzinə köçürülüb. Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub və Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.