Ezonn Xəbər

Fon der Lyayen: Dünya qlobal dönüş nöqtəsinə yaxınlaşır

Fon der Lyayen: Dünya qlobal dönüş nöqtəsinə yaxınlaşır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, COP31 çərçivəsindəki yüksək səviyyəli iclasda çıxışı zamanı bildirdi ki, dünya iqlim böhranı və enerji təhlükəsizliyi sahəsində qlobal dönüş nöqtəsinə yaxınlaşır. Fon der Lyayen, bu yay baş verən təbii fəlakətlərin, xüsusilə Nepalda daşqınlar və Avropada quraqlıqların bütün müşahidə tarixi ərzində ən ağır vəziyyətlərdən biri olduğunu vurğuladı. Ursula fon der Lyayen, iqlim böhranının cərəyan etdiyi bir vaxtda Hörmüz boğazı vasitəsilə enerji resurslarının tədarükündəki fasilələrin dünya enerji bazarlarını sarsıtdığını qeyd etdi. O, dünyanın həm iqlim, həm də enerji təhlükəsizliyi üçün indiki kursun fəsadlarını artıq hiss etməyə başladığını bildirib. BMT-nin son hesabatına istinad edən fon der Lyayen, 1,5 dərəcəlik hədəf göstəricisinin aşılmasına doğru getdiyimizi vurğuladı. O, dərəcələrin hər birinin əhəmiyyətini vurgulayaraq, Avropanın səylərini artırmalı olduğunu qeyd etdi. Avropa İttifaqı (Aİ) emissiyaları 2030-cu ilə qədər yarıdan çox, 2040-cı ilə qədər isə 90 % azaltmağı planlaşdırır. Fon der Lyayen, bu addımın 2050-ci ilədək Avropanın iqlim baxımından neytral qitəyə çevrilməsinə necə xidmət edəcəyini izah etdi. Ötən il Aİ-də istehsal edilən elektrik enerjisinin 70 %-dən çoxu təmiz mənbələrdən əldə olunub. Ursula fon der Lyayen, qeyd etdi ki, Avropa, dünyada iqlim maliyyələşdirilməsinin ən böyük təminatçısıdır. Ötən il inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi üçün 32 milyard avrodan çox vəsaitin ayrıldığını, "Global Gateway" təşəbbüsü çərçivəsində isə 300 milyard avrodayanıqlı investisiyaların həyata keçirildiyini bildirdi.