Ezonn Xəbər

Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar

Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Gəncədə tanışını benzin tökərək diri-diri yandırmaqda təqsirləndirilən Elməddin Kazımov, Niyaməddin Kazımov, Gündüz Kazımov və Pərviz Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses nəticəsində hökm oxunub. Məhkəmənin qərarına əsasən, Pərviz Kazımov 18 il 6 ay, Gündüz Kazımov 17 il 6 ay, Elməddin Kazımov 17 il, Niyaməddin Kazımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihamın mərkəzində olan hadisə 2024-cü ilin iyun ayında baş verib. Mübahisə Pərviz Kazımovun qonşuluqda baş verən oğurluq hadisəsinin Muraz Məmmədov tərəfindən törədildiyindən şübhələnməsi ilə başlanıb. Şübhəli Pərviz Kazımov, bu səbəbdən ona irad bildirdikdən sonra Muraz Məmmədovu öldürmək məqsədilə qohumları ilə bir plan hazırlayıb. Problemi aydınlaşdırmaq üçün Muraz Məmmədov və Eltəkin Zeynalovla görüş təyin edilib. Görüş zamanı, təqsirləndirilən şəxslər Muraz Məmmədov və Eltəkin Zeynalovu zərərsizləşdirərək, onlara dəmir boru ilə zərbələr endiriblər. Daha sonra, Pərviz Kazımov hazırladığı benzinlə dolu plastik qabı istifadə edərək, onları yandırıb. Nəticədə, Muraz Məmmədov ölüb, Eltəkin Zeynalov isə ciddi bədən xəsarətləri və yanıqlar alıb. Təqsirləndirilən şəxslərin cəzası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilib, o cümlədən qəsdən adam öldürmə və bu cür cinayətlərə cəhd maddələri ilə ittiham olunublar.