Ezonn Xəbər

Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu

Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Səhhətində yaranan problemlərlə bağlı Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev süni tənəffüs aparatına qoşulub. O, hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır. İstintaqdan alınan məlumata görə, Ehtiram Əliyevin vəziyyəti kritik stabil qiymətləndirilir, lakin müsbət irəliləyiş görülmür. Son günlər ərzində onun sağlamlıq durumu tədricən pisləşməkdədir. Analizlər nəticəsində qanda oksigen saturasiyasının 80 faizə düşdüyü müəyyən edilib. Lakin, hələlik onun dəqiq diaqnozu müəyyənləşdirilməyib. Ehtiram Əliyev oktyabrın 18-də “Yeni Klinika”nın Reanimasiya şöbəsinə yerləşdirilib. Orada xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya kimi diaqnozlar qoyulub. Müalicəsi daha sonra həmin xəstəxananın Terapiya şöbəsində davam etdirilib. Ancaq, vəziyyətindəki pisləşmə və davamlı qanaxma səbəbi ilə noyabrın əvvəlində Milli Onkologiya Mərkəzinə köçürülüb. Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.