Antalyada Ərdoğan və Paşinyan görüşdü

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Antalyada keçirilən COP31 Liderlər Sammitində Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş gerçəkləşib. Bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
Görüşdə Prezident Ərdoğan, Baş nazir Paşinyanın Antalyaya səfərini və sammitdə iştirakını alqışlayıb. İki lider, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin əhəmiyyətini vurğulayaraq, bunun irəliləməsi və məntiqi nəticəyə çatdırılmasının vacib olduğunu qeyd ediblər.
Onlar həmçinin, həyata keçirilmiş tədbirlər və əldə olunmuş razılaşmaların, eləcə də ticarət-iqtisadi əlaqələrin inkişafını stimullaşdırmanın vacibliyini müzakirə ediblər. Regional proseslər ətrafında fikir mübadiləsi zamanı Paşinyan və Ərdoğan, Ermənistan ilə Azərbaycan arasında sülhün həyata keçirilməsinin regional əməkdaşlığın inkişafına yeni nəfəs verdiyini qabardıb.
Görüşdə, komunikasiyaların bərpa edilməsi və TRIPP layihəsinin icrası ilə bağlı atılacaq addımlar da müzakirə olunub. Bununla yanaşı, danışıqların detalları barədə ətraflı məlumat hələ ki, verilmir.