Ezonn Xəbər

Leyla Əliyeva COP31 çərçivəsində beynəlxalq toplantıda iştirak etdi

Leyla Əliyeva COP31 çərçivəsində beynəlxalq toplantıda iştirak etdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Türkiyənin Antalya şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan "Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı"nda iştirak edib. Toplantıda iqlim böhranına qarşı mübarizənin gücləndirilməsi məqsədilə konkret fəaliyyət mexanizmləri, sıfır tullantı siyasətinin təşviqi, tullantıların idarə olunması mövzularında beynəlxalq təcrübənin mübadiləsi müzakirə olunub. Ölkələr arasında birgə ekoloji layihələrin hazırlanması və yerli təşəbbüslərin qlobal səviyyədə genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Tədbirdə çıxış edən Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan, Qlobal Sıfır Tullantı Alyansı vasitəsilə ölkələrin müvəffəqiyyətli təcrübələrini paylaşdığını və birgə layihələr hazırlayaraq yerli həll yollarını qlobal miqyasda yaymağı hədəflədiklərini vurğulayıb. Bu platforma, iqlim mübarizəsi sahəsində güclü əməkdaşlıq yaratmaq məqsədini güdür.