Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı” toplantısında iştirak etdi

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 11-də Heydar Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Türkiyənin Antalya şəhərində keçirilən “Qlobal Sıfır Tullantı Alyansı - Dövlət Başçılarının Həyat Yoldaşları üçün Yüksək Səviyyəli Toplantı”da iştirak edib. Bu tədbir BMT-nin İqlim Dəyişməsi Çərçivə Konvensiyası üzrə 31-ci Konfrans çərçivəsində təşkil olunub.
Toplantının əsas diqqət mərkəzində iqlim böhranı ilə mübarizə üçün konkret hərəkət mexanizmlərinin işlənib hazırlanması, sıfır tullantı siyasətlərinin təşviqi, tullantıların idarə edilməsi sahəsində beynəlxalq təcrübənin mübadiləsi və ölkələr arasında birgə ekoloji layihələrin inkişafı mövcud olub.
Türkiyə Respublikasının Birinci Xanımı Emine Erdoğan, tədbirdə çıxış edərək, Qlobal Sıfır Tullantı Alyansının ölkələr arasında uğurlu təcrübələrin paylaşılması, birgə layihələrin inkişafı və yerli həllərin qlobal səviyyədə təşviqi üçün güclü bir əməkdaşlıq platforması yaratmaq məqsədini vurğulayıb.
Bu toplantı, iqlim dəyişikliyinin qarşısını almaq üçün dünya miqyasında içtimai təşəbbüslərin genişləndirilməsi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.