Babək prospektində baş vermiş qəzanın anbaan görüntüləri - VİDEO

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Səhər saatlarında paytaxtın Xətai rayonu, Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. İdarəetmədən çıxaraq körpüdən aşan avtomobilin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Hadisə nəticəsində avtomobil əvvəlcə körpünün məhəccərlərini dağıdaraq, köməkçi yola düşüb. Aşan avtomobildəki sürücü Vüsal Nəsirli, xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və təcili yardım briqadasına təhvil verilib.
Sürücü təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları vəziyyəti qiymətləndirərək araşdırmalara başlayıblar.
Yolda baş verən bu ağır qəza nəticəsində körpüyə və məhəccərlərə zərər dəyib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.