Ezonn Xəbər

Leyla Əliyeva Antalyada COP31 çərçivəsində keçirilən toplantıda iştirak edib

Leyla Əliyeva Antalyada COP31 çərçivəsində keçirilən toplantıda iştirak edib
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib. Toplantıda iqlim böhranına qarşı mübarizədə konkret fəaliyyət mexanizmləri, sıfır tullantı siyasətinin təşviqi, tullantıların idarə olunmasında beynəlxalq təcrübə mübadiləsi, ölkələr arasında birgə ekoloji layihələrin hazırlanması və yerli təşəbbüslərin qlobal səviyyədə genişləndirilməsi məsələləri müzakirə olunub. Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan tədbirdə çıxış edərək, Qlobal Sıfır Tullantı Alyansı vasitəsilə ölkələrin uğurlu təcrübələrini bölüşdüyünü və birgə layihələr hazırladığına diqqət çəkdi. O, eyni zamanda, yerli həll yollarını qlobal miqyasda yaymağı hədəflədiklərini vurğulayıb. Bu toplantı, dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə strategiyalarını müzakirə etmələri və birgə layihələrin həyata keçirilməsində əməkdaşlığın artırılması baxımından əhəmiyyətli bir platforma təşkil edir.