Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Son zamanlarda sosial şəbəkələrdə bəzi rentcar şirkətləri sürücülük vəsiqəsi olmadan avtomobilləri icarəyə verdiklərini açıqlayıblar. 80 manatdan başlayan qiymətlər və stajsız icarə imkanı ilə müştəri cəlb edən bu şirkətlər, yaş həddini isə 18 olaraq müəyyən edirlər. Ancaq bu yanaşma həm müştərilər, həm də yollar üçün ciddi risklər yarada bilər.
Müştərilərdən "Bəs təcrübəsi olmadan necə verirsiniz?" suallarına isə icarə şirkətləri, sürməyinə baxaraq cavab verirlər. Bu suallar, sürücülük təcrübəsinin olmaması ilə bağlı yaranan təhlükələri gözardı edir.
Baş Dövlət Yol Polisi İdarəsi, bu cür fəaliyyətlə məşğul olan icarədarları xəbərdar edir. İdarədən bildirilib ki, icarədarlar yalnız sürücülük vəsiqəsinin mövcudluğuna baxmayaraq, icarəyə verilən şəxsin də tam təcrübəyə malik olduğunu təsdiq etməlidir. Bu, həm insan həyatının qorunması, həm də yol təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Qanun pozuntusu olan bu cür fəaliyyətlərin qarşısını almaq məqsədilə, müvafiq orqanlar tərəfindən ciddi tədbirlər görüləcəyi ehtimal olunmaqdadır. Xəzər Xəbər, bu mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edir.