Ezonn Xəbər

Orbanın qardaşı barədə həbs qərarı verildi

Orbanın qardaşı barədə həbs qərarı verildi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı, iş adamı Aron Orbanın bir ay müddətinə həbs olunması barədə qərar qəbul edib. O, qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir. Budapeşt Şəhər Məhkəməsi tərəfindən verilən qərara əsasən, Aron Orbanın və digər işgüzar tərəfdaşlarının istintaqdan yayınma ehtimalı, törədilən cinayətin ağırlığı və beynəlxalq əlaqələri nəzərə alınıb. Məhkəmə, bu faktlarla bağlı üç nəfərə həbs və ev dustaqlığı qərarı çıxarıb. İstintaqın versiyasına görə, Aron Orban və işgüzar tərəfdaşları, şəxsi əlaqələrindən faydalanaraq, Vyetnam vətəndaşlarının pul müqabilində Avropaya köçməsinə kömək ediblər. Onların Macarıstanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Şengen vizalarının alınmasında rolu olduğu və bunun müqabilində şəxsi gəlir əldə etdikləri iddia edilir. Hesablamalara əsasən, 2024-cü ildə bu qeyri-qanuni xidmətlərdən 100-dən çox şəxsin yararlanacağı gözlənilir. Aron Orban və iş üzrə daha üç nəfər noyabrın 9-da saxlanılıb. Eyni gün Budapeştdə və qonşu Peşt vilayətində axtarışlar keçirilib, müvafiq sənədlər götürülüb. Həbs qərarına münasibət bildiren Viktor Orban, qardaşının həbsini özünə qarşı planın bir hissəsi olaraq qiymətləndirib.