Ezonn Xəbər

Orbanın qardaşı həbs olundu

Orbanın qardaşı həbs olundu
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Macarıstan məhkəməsi sabiq Baş nazir Viktor Orbanın kiçik qardaşı Aron Orban haqqında bir aylıq həbs qətimkan tədbiri tətbiq edib. Ona qarşı yönəlmiş ittihamlar nüfuz alveri və qanunsuz miqrasiyaya yardım etməkdir. Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozo, məsələyə aydınlıq gətirərək, Aron Orbanın şəriklərindən birinin həbs edildiyini, digərinin ev dustaqlığına göndərildiyini və dördüncü şübhəlinin sərbəst buraxıldığını açıqlayıb. İstintaqın versiyalarına görə, Aron Orban və onun biznes tərəfdaşları, Vyetnam vətəndaşlarına pul müqabilində Avropaya köçməkdə köməklik göstərməkdə günahlandırılırlar. Onların, Macarıstanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Şengen vizalarının alınmasına yardım etdikləri və bunun qarşılığında şəxsi gəlirlər əldə etdikləri iddia olunur. Məlumata əsasən, 2024-cü ildə bu yolla 100-dən çox şəxsə qanunsuz xidmət göstərildiyi bildirilib. Qeydə alınmışlar arasında Aron Orban və iş üzrə üç nəfər noyabrın 9-da saxlanılıb.