Bu mağazalardan alış-veriş edənlər pulunu geri alacaq - YENİLİK

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda alış-veriş zamanı ödənilən məbləğin bir hissəsinin geri qaytarılması mexanizminin genişləndiriləcəyinə dair təklif irəliləyir. Bu təşəbbüs qəbul olunarsa, indiyə qədər yalnız ƏDV ödəyicilərindən alış edən vətəndaşlar, eyni zamanda kiçik mağazalardan və ƏDV ödəyicisi olmayan digər sahibkarlıq subyektlərindən alış etmə imkanı əldə edəcəklər.
Sfera.az-ın verdiyi məlumata görə, Vergi Məcəlləsinə təqdim edilən dəyişikliklərə əsasən, ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız şəkildə edilən alışlar üzrə ödənilmiş məbləğin 0,9 faizinin istehlakçılara qaytarılması planlaşdırılır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib ki, bu yeni mexanizm yalnız nağdsız ödənişlərə şamil ediləcək.
Geri qaytarılan məbləğ ilk baxışdan 0,9 faiz olaraq kiçik görünə bilər. Lakin gündəlik alış-verişlərin ümumi məbləği nəzərə alındığında, bu, müəyyən qədər əlavə qənaət yarada bilər. Məsələn, 100 manatlıq alışdan 90 qəpik, 500 manatlıq alışdan isə 4,5 manat geri alınacaq. Aylıq 1,000 manatlıq alış-verişdə bu məbləğ 9 manat olacaq ki, bu da iqtisadi baxımdan əhəmiyyət kəsb edir.
Ancaq diqqət yetirilməli məqam budur ki, bu sistem yalnız xüsusi sahibkarlıq subyektləri üçün etibarlıdır. Yəni, bu, sadələşdirilmiş vergi və ya gəlir/mənfəət vergisi ödəyən, ƏDV ödəyicisi olmayan mağazalarda həyata keçiriləcək. Həmçinin, geri ödənişin tətbiqi üçün nağdsız ödəniş, çeki qanunvericiliyə uyğun təqdim etməsi və alışın müəyyən müvafiq sahələrə aid olması kimi şərtlər də mütləqdir.
Yeni mexanizmin məqsədi nağdsız ödənişləri təşviq etməkdir. Mütəxəssislər iddia edirlər ki, bu təşəbbüs kartla ödəniş üçün əlavə stimul yaratacaq. Eyni zamanda, kiçik sahibkarlar üçün də müəyyən dəyişikliklər meydana gələ bilər, çünki əməliyyatların rəsmiləşdirilməsi tələb olunacaq. 2019-cu ildən tətbiq edilən “ƏDV geri al” sistemi də əhalinin çek tələb etməsini stimullaşdırmışdı. Yeni təklif isə bu yanaşmanın daha da genişləndirilməsi məqsədini güdür.