Ezonn Xəbər

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 4-də Bakı şəhərinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı məşhur iş adamı Şənlik Şükürov avtomobilin altında qalaraq ağır xəsarətlər alıb. Hadisə ilə bağlı Oxu.Az-ın əldə etdiyi məlumata görə, Şənlik Şükürov atasını ziyarət etmək məqsədilə yaxınlıqdakı xəstəxanaya gedirmiş. Qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən qəza baş verib. Şahidlərin ifadələrinə görə, yol ayrıcında BMW və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində BMW yoldan çıxaraq səkiyə qalxıb və klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Bu zaman klinikanın şüşələri də sınıb. Qəza nəticəsində Şənlik Şükürov ağır vəziyyətdə komaya düşmüşdü. Altı gün komada qaldıqdan sonra, ötən gün ayıldığı bildirilib. Hazırda onun vəziyyətinin nə dərəcədə olduğu hələlik dəqiqləşdirilməyib. Qeyd edək ki, Şənlik Şükürov Sumqayıtda 10-dan çox restoranın sahibidir. O, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxınında tanınan bir şəxsdir.