Bakıda iş adamı ağır qəzada komaya düşdü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 4-də Bakı şəhərinin Binəqədi rayonunda ciddi bir yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iş adamı Şənlik Şükürov avtomobilin altında qalaraq ağır xəsarətlər alıb və komaya düşüb.
Hadisə Cəfər Xəndan küçəsində baş verib. Şükürov atasını ziyarət etmək üçün yaxınlıqdakı xəstəxanaya gedirmiş. O, qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən avtomobillərin toqquşması nəticəsində bədbəxt hadisə ilə qarşılaşıb. Olay yerində BMV və "Hunday" markalı avtomobillər toqquşub. Zərbə nəticəsində BMV yoldan çıxaraq səkiyə qalxmış və klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Eyni zamanda, hadisin təsiri ilə klinikanın şüşələri də sınıb.
Şənlik Şükürov altı gün ərzində komada qalıb. Lakin ötən gün o, komadan ayılıb və vəziyyətinin yaxşılaşdığı bildirilib.
Məlumat üçün qeyd edək ki, Şənlik Şükürov Sumqayıt şəhərində ondan çox restorana sahibdir. Eyni zamanda, o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır.