Ezonn Xəbər

Rusiyada əsgərlərin alt paltarlarını da oğurlayıblar – milyardlıq soyğun!

Rusiyada əsgərlərin alt paltarlarını da oğurlayıblar – milyardlıq soyğun!
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Rusiyada hərbi korrupsiya qalmaqalları davam edir. Sonuncu hadisə, orduya aid alt paltarları, yataq kisələri və şəxsi gigiyena vasitələrinin tədarükü zamanı milyardlarla rublun mənimsənildiyi iddiaları ilə bağlıdır. Məsələyə cəlb olunan şəxslər arasında Rusiya ordusunun təchizatı üçün məsuliyyət daşıyan “Voentorq” ASC-nin keçmiş baş direktoru Vladimir Pavlov da var. Rusiya mediasının məlumatına görə, Vladimir Pavlov 6,6 milyard rubl mənimsəməkdə ittiham olunur və məhkəmə qarşısına çıxarılacaq. O, Dzerjinsk şəhərində yerləşən “Rus” tikiş fabrikinin keçmiş rəhbəri Dmitri Qromovla birgə mühakimə olunacaq. İttihamlar arasında külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və cinayətkar birlik yaratmaq vardır. İstintaq müddətində, bu şəxslərin 2017-ci ildən 2024-cü ilə qədər Moskva və digər regionlarda fəaliyyət göstərdiyi ortaya çıxıb. 2019-2023-cü illərdə “Voentorq” Müdafiə Nazirliyi ilə müvafiq tədarük müqavilələri bağlayıb, lakin bu müqavilələr çərçivəsində məhsul qiymətləri 30-40% şişirdilib. Maraqlı bir fakt da var ki, Rusiya əsgərləri üçün nəzərdə tutulan şəxsi gigiyena dəstləri əslində Çindən alınıb. Rəsmi sənədlərdə isə bu məhsulların Rusiya istehsalı olduğu göstərilib. İstintaq nəticəsində hesablanıb ki, bu əməliyyatlar dövlətə 6,6 milyard rubl ziyan vurub. Məlumata görə, Vladimir Pavlov 2024-cü ilin iyulunda həbs edilib və özünü təqsirli bilmir. Dmitri Qromov isə mənimsəmə ittihamlarını qəbul etsə də, cinayətkar birlikdə iştirakını inkar edir. Rusiya ordusunun təchizatında baş verən bu ictimaiyyətə sirayət edən korrupsiya hadisələri, dövlətin ən zəruri ehtiyacları üçün ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı daha bir işin məhkəməyə göndərilməsinə səbəb olub.