Husilər Məkkəyə zərbə endirib?

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına və Yanbu bölgəsindəki neft infrastrukturuna zərbələr endirdiklərini açıqlayıblar. Bu barədə hərəkatın sözçüsü Yəhya Səriya "Əl-Masirah" telekanalına məlumat verib.
Səriya, silahlı qüvvələrinin Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadlı raket ilə hücum etdiklərini bildirib. Onun sözlərinə görə, hücum Səudiyyə Ərəbistanının hərbi bazalarına qarşı yönəlib.
Husilər həmçinin Yanbu bölgəsindəki 11 nömrəli elektrik stansiyasını da pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alıblar. Bu zərbələr, Səudiyyə Ərəbistanının neft istehsalı infrastrukturuna qarşı daha geniş bir hücum planının bir parçası kimi qiymətləndirilir.
Səriya, Səudiyyənin Məkkənin üzərində dron ələ keçirməsi barədə irəli sürülən iddiaların əsassız olduğunu vurğulayaraq, husi hücumlarının yalnız krallığın neft obyektlərinə və hərbi bazalarına yönəldiyini qeyd edib.