Gülben Ergenin Azərbaycanla bağlı arzusu

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Türkiyəli müğənni Gülben Ergen, Bakı Konqres Mərkəzindəki konserti zamanı Azərbaycanda uşaq bağçası açmaq istədyini açıqlayıb. Sənətçi, "Çocuklar Gülsün Diye" adlı uşaq bağçasını burada da qurmaq arzusunu ifadə edib.
Gülben Ergen, jurnalistlərə verdiyi müsahibədə, "Bir gün 'Uşaqlar gülsün deyə' uşaq bağçasını Azərbaycanda açaram, inşallah. Nə gözəl olar!" deyərək, bu arzunu reallaşdırmaq üçün Türkiyə və Azərbaycan təhsil nazirliklərinin birgə protokol imzalayaraq özünə icazə verməsi gərəkliliyini vurğulayıb.
Müğənni, uşaqlara olan sevgisini də ifadə edərək, “Mən uşaqları o qədər sevirəm ki, onların gülməsi üçün dünyanın hər bir yerinə gedərəm” demişdir. Bu fikirləri, onun uşaq bağçaları sahəsindəki fəaliyyətlərini daha da dərinləşdirəcəyinin göstəricisidir.
Qeyd edək ki, Gülben Ergenin rəhbərlik etdiyi "Çocuklar Gülsün Diye" dərnəyi artıq Türkiyədə 60 uşaq bağçası açmışdır. Bu təşkilat, uşaqların keyfiyyətli təhsil almasını təmin etməyə yönəlmiş layihələr həyata keçirir.