Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür — Tramp aylar əvvəldən xəbərdar imiş...

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp, Nvidia şirkətinin baş direktoru Jensen Huanqın Çin kəşfiyyat agenti olduğu güman edilən qadınla əlaqəsi barədə aylar əvvəl məlumatlandırılıb. Bu məlumatı “The New York Times” qəzeti adı açıqlanmayan ABŞ rəsmisinə istinadla yayıb.
Dövlət katibi Rubio, may ayında Çinə rəsmi səfəri zamanı “Air Force One” təyyarəsində Trampa bu həssas kəşfiyyat məlumatlarını təqdim edib. Rubio, Huanqın keçmiş “Megaspeed” rəhbəri Alis Huanq ilə münasibətlərini izah edib. Məlumata əsasən, Tramp bu xəbərdən çox narahat olmayıb və Huanq, İlon Mask və Tim Kuk kimi tanınmış texnologiya liderləri ilə rəsmi görüşlərdə iştirak edib.
Bazar ertəsi mətbuat konfransında Tramp, “Xeyr, mən o vaxt bu barədə eşitməmişdim. Jensen bunu tamamilə inkar edir, mənə onun casus olduğunu bilmədiyini dedi və mən ona həqiqətən inanıram” ifadələrini işlədib. Pekin rəsmiləri isə casusluq iddialarını əsassız görərək, bu vəziyyəti Çini nüfuzdan salmağa cəhd kimi dəyərləndiriblər.
Jensen Huanq, bazar günü yazılı bəyanatında Alis Huanqla romantik əlaqəsini etiraf edərək, həyat yoldaşına xəyanət etdiyinə görə dərin təəssüf hissi keçirdiyini bildirib. Bu etirafdan sonrası “Nvidia”nın 4,2 trilyon dollar dəyərindəki sahamları kəskin şəkildə ucuzlaşıb və şirkət daxilində müstəqil araşdırma başlanıb.
Eyni zamanda, qalmaqal ABŞ Nazirlər Kabineti daxilində fikir ayrılıqları yaradıb. Maliyyə naziri Skott Bessent, Ağ Evin Vəziyyət Otağında keçirilən iclasda, ticarət naziri Hovard Lutnikdən “Megaspeed” şirkətinin niyə sanksiya siyahısına salınmadığını soruşub. Mənbələrə görə, Rubionun hazırladığı məxfi memorandumla xəbərdar edilən Lutnik, şirkətə qarşı məhdudiyyət tədbirlərinin ləngidiyini iddia edirlər.