Trampın elçiləri Moskvaya gəldilər - Putinlə görüşəcəklər

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni, ABŞ Prezidentinin müşaviri Cared Kuşner noyabrın 10-11-də Moskvaya səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər. Bu məlumatı TASS aviasiya xidməti yayıb.
İlk görüş günün birinci yarısında baş tutacaq. Uitkoff və Kuşner, daha əvvəl Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlardan sonra Moskvaya yola düşüblər. Həmin danışıqlarda ABŞ-ı onlar təmsil ediblər.
Cared Kuşner, Əbu-Dabidə keçirilən görüşlərin yekunları haqqında açıqlama verərək, Rusiya ilə Ukrayna arasında ciddi fikir ayrılıqlarının mövcud olduğunu bildirib. Lakin o, ABŞ-ın əldə olunan irəliləyişi inkişaf etdirmək məqsədilə daha geniş, çoxtərəfli danışıqlara keçmək niyyətində olduğunu vurğulayıb.
Kuşner, Ukrayna və Avropadakı tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində bir sıra təkliflər üzərində razılığa gəldiklərini və bu təkliflərin Moskva görüşündə müzakirə olunacağını qeyd edib. Bunun ardınca isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparılacaq.
Daha əvvəlki danışıqlardan əldə olunan irəliləyişlər arasında, Kuşnerin sözlərinə görə, Ukrayna və Rusiya arasında müharibə başlayandan bəri ən böyük əsir mübadiləsi ilə bağlı razılıq əldə edilməsi mühim humanitar irəliləyiş kimi dəyərləndirilir. O, Avropa ölkələrinin danışıqlarda iştirakını müzakirə etməyi də planlaşdırdıqlarını bildirib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə avropalıların danışıqlar zamanı pərdəarxası təmaslar apardıqlarını ifadə edib.