Bakıda DƏHŞƏT: Tanınmış iş adamı avtomobilin altında qaldı, komaya düşdü - VİDEO
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən ağır qəza nəticəsində tanınmış iş adamı Şənlik Şükürov xəsarət alaraq komaya düşüb. Hadisə zamanı onun avtomobilin altında qaldığı bildirilib.
Şənlik Şükürov, atasını ziyarət etmək məqsədilə yaxınlıqdakı xəstəxanaya gedərkən qardaşı ilə birlikdə yolda bədbəxt hadisə ilə üzləşib. Hadisə yol ayrıcında baş verib, burada BMW və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində BMW yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb.
Bu qəzanın nəticəsində iş adamı ağır xəsarətlər alaraq komaya düşüb və altı gün müddətində komada qalıb. Şükürov ötən gün ayılaraq cərrahların nəzarətinə götürülüb.
Qeyd edək ki, Şənlik Şükürov Sumqayıtda 10-dan çox restoranın sahibidir və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır. Bu hadisə şəhər və iş dünyasında geniş müzakirələrə səbəb olub.